logo
Hansı hallarda təcili yardım çağırışa getmir?

Hansı hallarda təcili yardım çağırışa getmir?

Hansı hallarda təcili yardım çağırışa getmir? Hansı hallarda təcili yardım çağırışa getmir?

innews.media xəbər verir ki, aşağıdakı hallarda təcili və təxirəsalınmaz tibbi yardım xidməti çağırışa getmir:

1. Sahə həkimi/ailə həkimi tərəfindən planlı müalicə prosedurların aparılması (inyeksiya, vena daxili infuziya ("sistemin köçürülməsi"), sarğı) və ya xəstəlik vərəqəsinin verilməsi

2. Təcili tibbi yardım tərəfindən planlı müalicə təyinatının alınması və ya planlı müayinənin (ekg çəkilməsi) aparılması

3. Pasiyentin öz istəyi ilə müalicə aldığı tibb müəssisəsindən digərinə ambulans ilə daşınması, köçürülməsi

4. Tibb müəssisəsində tibbi xidmət göstərildikdən sonra pasiyentin evə və digər ünvanlara daşınması

5. Vəfat etmiş şəxsin daşınması

6. Stomatoloji yardımın göstərilməsi

7. Gündəlik olaraq şəkər, arterial təzyiqin ölçülməsi

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin