https://innews.media/uploads/news/2024-06/_innews_1b0405bf83da8c8eb2ef80fc6_o.jpg
Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat olub.
MPK-nın mətbuat xidmətindən innews.media verilən məlumata görə, Toğrul Rəhimov qurumun baş katibi vəzifəsini icra edəcək.
Bakı Dövlət Universitetində bakalavr və magistr təhsili almış T.Rəhimov 2000-ci ildən əmək fəaliyyətinə başlayıb. O, 20 ildən çox dövlət və özəl sektorda mühüm vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.
Ən son xəbərləri səhifəmizdən də izləyin