logo
Azərbaycan basketbol millisi Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb

Azərbaycan basketbol millisi Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb

Azərbaycan basketbol millisi Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb Azərbaycan basketbol millisi Qəbələdə keçirilən beynəlxalq turnirdə mübarizəni dayandırıb

Azərbaycanın 3x3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsində 1/4 final oyununa çıxıb.

innews.media xəbər verir ki, yığma "Barselona Panters" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 21:8 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Azərbaycan millisi turnirlə vidalaşıb. İspaniya təmsilçisi isə yarımfinalda Portuqaliyaya rəqib olub.

Bu raundun digər qarşılaşmasında Polşanın "Varşava Lotto" kollektivi İtaliya seçməsini sınağa çəkəcək. Cütün qalibi finala gedən yolda Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi "Baku Fleyms" qrupda keçirdiyi hər üç oyunda məğlub olaraq mübarizəni dayandırıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media