https://innews.media/uploads/news/2024-06/_innews_b476c524595a966cb18380527_o.jpg
"Planet Parni iz Baku" KVN teatrının ssenari müəllifi, aktyor Ələkbər Əliyev AzTV-də yayımlanan “Düşən pullar” şousu barədə danışıb.
Verilişin qalib iştirakçılarından biri olan Ələkbər Əliyev veriliş haqqında öz fikirlərini bildirərkən, digər kanallarda yayımlanan layihələrdə aparıcıların davranışından narazı olduğu məqamlardan danışıb:
“Mən digər layihələri də izləyirəm deyə, müqayisə edib bildirirəm ki, o biri kanallarda yayımlanan bir çox layihələrdən üstündür. Məncə belə layihələr çox olmalıdır. Vəsaitimiz isə tam şəkildə ödənilib. Aparıcınız yaxşıdır. Amma media məkanımızda bəzi aparıcılarda qısqanclıq var, onlar göstərmək istəyirlər ki, buranın “xozeyni” mənəm. Ona görə bəziləri ağzına gələni danışır, söhbət söyüşdən getmir, amma söyüş də olub efirlərimizdə. Aparıcının qonaqla sərt danışmaq haqqı yoxdur. Əgər sən qonaq çağırmısansa, imkan ver qonaq danışsın”.
Qeyd edək ki, şouda Ələkbər Əliyevin komanda yoldaşı Tahir İmanov olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin