logo
BDU və Kumamoto Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BDU və Kumamoto Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BDU və Kumamoto Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb BDU və Kumamoto Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Yaponiyanın Kumamoto Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sənədi BDU-nun rektoru Elçin Babayev və Kumamoto Universitetinin prezidenti Oqava Hisao imzalayıb.

Müqaviləyə əsasən, universitetlər arasında akademik, inzibati heyətin, tələbə və tədqiqatçıların, tədqiqat materiallarının və elmi nəşrlərin mübadiləsi nəzərdə tutulur.

Kumamoto Universiteti “Times Higher Education” dünya universitetləri reytinqində 801-1000, QS reytinqində isə 901-950-ci pillədə yer alır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin