logo
Boksçumuz xorvatiyalı rəqibini məğlub edib

Boksçumuz xorvatiyalı rəqibini məğlub edib

Boksçumuz xorvatiyalı rəqibini məğlub edib Boksçumuz xorvatiyalı rəqibini məğlub edib

Azərbaycan boksçusu Alfonso Dominqes Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb. 92 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Marko Çaçiki (Xorvatiya) məğlub edib.

Dünya çempionumuz rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Dominqes 1/8 final mərhələsində Sanjit Sanjitlə (Hindistan) üz-üzə gələcək. Görüş mayın 31-də olacaq.

Qeyd edək ki, bu gün Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media