https://innews.media/uploads/news/2024-05/_innews_6071d5171bfbde3b2b5054c37_o.jpg
Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat Turniri davam edir. Yarışın dördüncü günündə Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk görüşünə çıxıb.
92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 final çərçivəsində qanalı Conatan Tette ilə qarşılaşıb. Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da olacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin