logo
Təcili tibbi yardım briqadası tərəfindən 62 yaşlı şəxs  həyata qaytarılıb

Təcili tibbi yardım briqadası tərəfindən 62 yaşlı şəxs həyata qaytarılıb

Təcili tibbi yardım briqadası tərəfindən 62 yaşlı şəxs həyata qaytarılıb Təcili tibbi yardım briqadası tərəfindən 62 yaşlı şəxs həyata qaytarılıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 62 yaşlı şəxsin (cinsi qadın) halının pisləşməsi, boğulma, təngnəfəslik, xırıltılı tənəffüs səbəbilə çağırış daxil olub.

Dərhal çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Səyyar briqada tərəfindən xəstəyə ilkin tibbi yardım göstərilib və ona süd vəzinin yeni bədxassəli törəməsi, ağciyər ödəmi diaqnozu qoyulub.

Xəstənin vəziyyətinin ağırlığı nəzərə alınaraq çağırış ünvanına dərhal reanimasion briqada çağırılıb. Bir qədər sonra isə təcili tibbi yardım avtomobilində xəstənin ürək fəaliyyəti dayanıb. Reanimasion briqada tərəfindən dərhal beynəlxalq protokollara əsasən tədbirlərə başlanılıb. Xəstə intubasiya olunub. Daha sonra isə xəstədə ürəyin qapalı masajı aparılıb.

Reanimasion briqada tərəfindən aparılan ürək-ağciyər reanimasiya tədbirləri nəticəsində xəstədə ürək fəaliyyəti və normal ritm bərpa edilib, aparılan bütün reanimasion tədbirlər effektiv olub.

Təcili tibbi yardım briqadası tərəfindən xəstə ərazi üzrə müvafiq xəstəxananın reanimasiya şöbəsinə uğurla hospitalizasiya olunub.

Xəstənin ailə üzvləri tərəfindən təcili tibbi yardım heyətinə göstərdikləri tibbi xidmətə görə təşəkkür olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin