logo
Azərbaycan Basketbol Liqasında sabah mövsümün çempionu müəyyənləşə bilər

Azərbaycan Basketbol Liqasında sabah mövsümün çempionu müəyyənləşə bilər

Azərbaycan Basketbol Liqasında sabah mövsümün çempionu müəyyənləşə bilər Azərbaycan Basketbol Liqasında sabah mövsümün çempionu müəyyənləşə bilər

24 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) final seriyasında 4-cü oyun baş tutacaq.

Belə ki, "Sabah" və "Xəzri" komandaları arasında keçirilən final seriyasındakı ümumi hesab 2-1 "Sabah" klubunun xeyrinədir. Əgər son çempion "Sabah", final seriyasının 4-cü görüşündə debütant "Xəzri" üzərində qələbə qazanarsa, o zaman çempionluğu bayram edəcək. "Xəzri" isə final seriyasında ümumi hesabı bərabərləşdirməyi bacarsa, final seriyası 5-ci oyuna qədər uzanacaq.

Qeyd edək ki, super seriyada 4-cü oyun  24 may saat 19:30 'da başlayacaq və CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin