https://innews.media/uploads/news/2024-05/_innews_cafed422f3ee71d2086fe21e6_o.jpg
"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın əməkdar artisti Tahir İmanov AzTV-də yayımlanan “Düşən pullar” şousu barədə danışıb.
Verilişin qalib iştirakçılarından biri Tahir İmanov layihə haqqında öz fikirlərini bildirərkən, özəl telekanalların vəziyyəti haqqında da bunları deyib:
"Düşən pullar möhtəşəm layihədir. Mən düşünürəm ki, bu cür layihələr nə qədər çox olsa o qədər yaxşıdır. Çox təəssüflər olsun ki, bayağı verilişlər Azərbaycan televiziya məkanında var, amma şükürlər olsun ki, Azərbaycan Dövlət Televiziyası istisnadır. Azərbaycan özəl televiziya məkanında bayağı verilişlər çoxluq təşkil edir, bu isə cəmiyyətimizə mənəvi zərbə vurur”.
Ən son xəbərləri səhifəmizdən də izləyin