logo
ADPU tələbələri gənc müəllim Leyla Şıxəlizadə ilə görüş keçiriblər

ADPU tələbələri gənc müəllim Leyla Şıxəlizadə ilə görüş keçiriblər

ADPU tələbələri gənc müəllim Leyla Şıxəlizadə ilə görüş keçiriblər ADPU tələbələri gənc müəllim Leyla Şıxəlizadə ilə görüş keçiriblər

Mayın 8-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə Lənkəran rayon Jidi kənd ümumi orta məktəbinin müəllimi olduğu vaxt innovativ təlim üsulları ilə tanınan və “Fərq yaradan gənc müəllim” mükafatına layiq görülən, hazırda isə Masallı rayon Dəmirçi kənd ümumi orta məktəbində müəllim kimi fəaliyyət göstərən Leyla Şıxəlizadə ilə “Xoşbəxtlik yaxınınızdadır” adlı görüş keçirilib.

Görüşdə Leyla Şıxəlizadə qazandığı təcrübələr haqqında təəssüratlarını tələbələrlə bölüşüb.

Maraqlı, diskussiya şəraitində keçən görüşdə gənc müəllim tələbələri maraqlandıran sualları cavablandırıb, həmçinin tələbələrlə şagird və müəllim arasında düzgün münasibətlə bağlı müzakirə aparıb.

Görüşün sonunda xatirə fotosu çəkdirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media