https://innews.media/uploads/news/2024-05/_innews_23ec65666ecedf36c11bbfff2_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında keçirilən layihə çərçivəsində filialın Humanitar fənlər kafedrasının baş müəllimi Həbibulla Manaflı tarix müəllimliyi ixtisasının I tədris ili tələbələri ilə nöbəti dərsini Şəki Tarix-Memarlıq Qoruğunda keçib.
Praktik tələbələr Şəki Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən abidələrlə tanış olub, onlara abidələrin inşası tarixi, memarlıq üslubunun özəllikləri barədə geniş məlumat verilib.
Qeyd edək ki, qarşıdakı dövr ərzində də Humanitar fənlər kafedrasının müvafiq ixtisaslarda tədris aparan fənn müəllimlərinin tələbələrin bir sıra seminar məşğələlərini Şəki şəhərinin ərazisində yerləşən tarixi memarlıq abidələrində, eyni zamanda xatirə muzeylərində tədris etmələri planlaşdırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin