logo
"Sabah" yarımfinal seriyasına böyük hesablı qələbə ilə başlayıb

"Sabah" yarımfinal seriyasına böyük hesablı qələbə ilə başlayıb

"Sabah" yarımfinal seriyasına böyük hesablı qələbə ilə başlayıb "Sabah" yarımfinal seriyasına böyük hesablı qələbə ilə başlayıb

7 may "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL)  pley-off yarımfinal oyunlarına start verilib. Pley-off 'un yarımfinal mərhələsində, "Sabah" və "Xırdalan" komandaları arasında seriyanın 1-ci oyunu baş tutub. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş "Sabah", yekunda 101-85 hesablı rahat qələbə qazanıb. Bu qələbə ilə "Sabah" seriyanın ümumi hesabında 1-0 önə keçib. Ən məhsuldar basketbolçular: "Sabah" (Kivon Devenport - 24 xal, 3 ribaund), "Xırdalan" (Teyvion Körk - 27 xal, 9 asist)

Qeyd edək ki, "Sabah" və "Xırdalan"  komandaları arasında yarımfinal seriyasının 2-ci oyunu 10 may tarixində baş tutacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin