logo
İki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

İki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

İki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib İki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb.

Rumıniyada keçirilən imtahanların yekunlarına əsasən, 2 milli dərəcəli hakimimiz beynəlxalq kateqoriyaya sahib çıxıb.

Samil Fəttayev və Elxan Həmidov III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib. Bununla da beynəlxalq kateqoriyalı hakimlərimizin sayı 25-ə çatıb.

Qeyd edək ki, I-S dərəcəli 2, I dərəcəli 10, II dərəcəli 6, III dərəcəli 7 güləş hakimimiz var.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media