https://innews.media/uploads/news/2024-04/_innews_4338e8bffca81664a7a15330d_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin dosenti, biologiya üzrə fəlsəfə doktoru Bəsti Əsədova Erasmus+ mübadilə proqramı çərçivəsində Litvanın Vytautas Magnus Universitetində keçirilən beynəlxalq həftədə iştirak edir.
22-27 aprel tarixlərində davam edəcək beynəlxalq həftədə ADPU-nun müəllimi Bəsti Əsədova Genetika, İnsan və heyvan morfofiziologiyası üzrə 8 saat dərs tədris edəcək, fakültə ilə tanış olacaq.
Qeyd edək ki, 5 noyabr 2022-ci il tarixində Litvanın Vytautas Magnus Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında Erasmus+ proqramı çərçivəsində (Fəaliyyət 1) tələbə/heyət mobilliyini həyata keçirmək məqsədilə müəssisələrarası müqavilə imzalanıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin