https://innews.media/uploads/news/2022-08/_innews_aeefbd608525e152d48d7a10d_o.jpg
İyulun 29-da Birləşmiş Meksika Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodrigo Labardini Floresin Quba rayonuna səfəri baş tutdu. Səfər çərçivəsində səfir və onun nümayəndə heyəti həmçinin Quba “ABAD Factory”nin fəaliyyəti ilə yaxından tanış olublar.
Səfirin diqqətinə çatdırılıb ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilib. Ancaq uzun illər istismar olunması nəticəsində yararsız vəziyyətə düşüb. Daha sonra isə ikimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb. Nəticədə ən müasir formada təmirli bina yaradılıb, eyni zamanda ən müasir avadanlıqlar yerləşdirilib.
İkimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.
İstehsal kompleksində yaradılmış şərait və iş prinsipi ilə tanış olan səfir mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin