logo
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri ADPU-da olublar

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri ADPU-da olublar

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri ADPU-da olublar Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin nümayəndələri ADPU-da olublar

Aprelin 19-da Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Zinnurov İrek Xaydaroviç, şöbə müdiri Nenaşeva Natalya Anatolyevna, baş mütəxəssisi Kondratyeva Kristina İvanovna və Azərbaycandakı Rusdilli Təhsil Müəssisələri Assosiasiyasının sədri Yakunina Lubov Timofeyevna Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olublar.

Görüşdə ADPU–nun rektoru, professor Cəfər Cəfərov, sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Taisa Mamedova iştirak ediblər.

Görüşün məqsədi ADPU və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin mümkün linqvistik və akademik əməkdaşlığının müzakirəsi və müəllim hazırlığında mərkəzin metodik təcrübəsindən yararlanmaqdır.

Görüşün sonra qonaqlar ADPU–nun tədris binası, eləcə də kitabxana və Heydər Əliyev muzeyi ilə tanış olublar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media