https://innews.media/uploads/news/2024-04/_innews_1afa46b8cebb91a6f08d21e3f_o.jpg
Rövşən Məmmədovun müəllifi və aparıcısı olduğu “Həftə” analitik-informasiya proqramında Fransanın sülh və əməkdaşlıqdan danışaraq yeritdiyi terrror siyasəti ilə bağlı məqamlara toxunulub.
Rövşən Məmmədov: “Makron hakimiyyəti 44 günlük müharibə dövründə Suriya, Livan və digər şərq ölkələrindən gələn erməniləri “təlimləndirib” Qarabağa göndərdiyi kimi, Rusiyaya, Türkiyəyə, Gürcüstana, İrana, bir sözlə bütün region ölkələrinə göndərir, nəinki regiona, Qarabağ ermənilərindən ibarət legiona təlim keçərək onları hətta Ukrayna cəbhəsinə göndərir. Bununla dini, irqi qarşıdurma yaratmağa çalışır”, – deyə bildirib.
Fransanın terrorçu siyasətinin daha bir sübutunun “Lafarge” şirkətinin Suriya ərazisində fəaliyyət göstərən sement zavodunun İŞİD-lə birbaşa əlaqələrinin olması ilə bağlı məsələni də Rövşən Məmmədov diqqətə çatdırıb.
O, bu zavodun hətta İŞİD-i maliyyələşdirdiyini və yalnız bu yaxınlarda Türkiyə kəşfiyyatı tərəfindən darmadağın edildiyini də vurğulayıb.