logo
ADPU-nun coğrafiyaçı müəllimləri Danimarkada beynəlxalq həftədə iştirak ediblər

ADPU-nun coğrafiyaçı müəllimləri Danimarkada beynəlxalq həftədə iştirak ediblər

ADPU-nun coğrafiyaçı müəllimləri Danimarkada beynəlxalq həftədə iştirak ediblər ADPU-nun coğrafiyaçı müəllimləri Danimarkada beynəlxalq həftədə iştirak ediblər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müəllimi Leyla Əliyeva və Fəlsəfə və sosial elmlər kafedrasının müəllimi Lalə Quliyeva Erasmus+ mübadilə proqramı çərçivəsində 08-12 aprel tarixlərində Danimarkanın Kopenhagen Universitet Kollecində (UCC) təşkil olunan beynəlxalq həftədə iştirak ediblər.

“Potensialları və çətinlikləri tarazlayan - Rəqəmsal Həyat” mövzusuna həsr olunmuş beynəlxalq həftədə müxtəlif ölkələrdən 100-dən çox akademik heyət üzvü iştirak edib. “Rəqəmsal bacarığı təhsilə necə inteqrasiya etmək olar?”, “Texnologiya ilə bütünləşmiş müasir dünyada təhsildə rəqəmsal savadlılığı və bacarıqları necə inkişaf etdiririk”, “Rəqəmsal alətlər və bacarıqlar”, “Məktəblərdə rəqəmsallaşdırma”, “Beynəlxalq əməkdaşlığın və biliyin texnologiyalar vasitəsilə gücləndirilməsi”, “Virtual əməkdaşlığın və tələbə mübadiləsinin asanlaşdırılması” və s. mövzularda təqdim edilən mühazirə, qrup işləri və müzakirələr (debatlar) böyük maraqla qarşılanıb.

Beynəlxalq həftə çərçivəsində Pedaqoji Universitetin müəllimləri Leyla Əliyeva və Lalə Quliyeva coğrafiya fənni üzrə dərs müşahidələri aparmış, dərsin quruluşu, istifadə olunan tapşırıqlar, tələbələrin hazırladıqları əyani vəsaitlərlə tanış olmuşlar. Ditte Marie Pagaard ilə “Dayanıqlı inkişaf və urbanizasiya” mövzusunda çöl təcrübəsində iştirak edən müəllimlər, həmçinin Peter Mikael Hansenin “Tektonik tavaların hərəkətliyiyi” mövzusunda dərsində iştirak ediblər. “Dayanıqlı inkişaf və urbanizasiya”, “Coğrafiyaya kurrikulumun tətbiqi”, “Coğrafiya dərslərində çöl təcrübəsinin təşkili” kimi mövzularda UCC və ADPU coğrafiyaçıları arasında təcrübələrin öyrənilməsi və tətbiq olunması məsələləri müzakirə olunub.

Həmçinin, səfər çərçivəsində ADPU nümayəndələri Gürcüstanın İliauni Universiteti və Türkiyənin Aydın Universitetinin nümayəndələri ilə müzakirələr aparmış, gələcəkdə universitetlərarası əlaqələrin möhkəmləndirilməsi haqqında fikir mübadiləsi etmişlər. Eyni zamanda, Erasmus+ mübadilə proqramı çərçivəsində Kopenhagen Universitet Kollecində təhsil alan Pedaqoji Universitet tələbələri ilə də görüş keçirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media