https://innews.media/uploads/news/2024-04/_innews_083df48abd0190f8e8ca16352_o.jpg
Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.
Bu barədə innews.media "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.
Həmin reyslər bunlardır:
İslamabad-Bakı (J2 5144)
Dammam-Bakı (J2 8210)
Dehli-Bakı (J2 058)
Dubay-Bakı (J2 016).
Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.