logo
ADPU-nun Şəki filalının direktoru sınaq dərsində iştirak edib

ADPU-nun Şəki filalının direktoru sınaq dərsində iştirak edib

ADPU-nun Şəki filalının direktoru sınaq dərsində iştirak edib ADPU-nun Şəki filalının direktoru sınaq dərsində iştirak edib

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filalının xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının IV tədris ili  tələbəsi Şəlalə Allahverdiyeva pedaqoji internatura keçdiyi Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin VIIb sinfində “Dostluq haqqında mahnı” mövzusunda sınaq dərsi keçib. Sınaq dərsində ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov, tədris işləri üzrə direktor müavini vəzifəsini icra edən, t.ü.f.d. Vüsal Baxışov, təcrübə rəhbəri Asudə Bədəlova, metodist Sahib Mikayılov, fənn müəllimi  Günay Mustafayeva və həmin ixtisasın tələbələri iştirak ediblər.

Dərsi yeni təlim metodları ilə tədris edən təcrübəçi Şəlalə Allahverdiyeva  innovativ yanaşma əsasında qarşıya qoyulan vəzifə və hədəfləri reallaşdırıb.

Sınaq dərsindən sonra dərsin müzakirəsi  təşkil edilib, irad və tövsiyyələr qeyd olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media