logo
Mangistau bölgəsində Oğuz-Qıpçaq dövrünə aid tarixi-mədəni abidələr tədqiq edilir

Mangistau bölgəsində Oğuz-Qıpçaq dövrünə aid tarixi-mədəni abidələr tədqiq edilir

Mangistau bölgəsində Oğuz-Qıpçaq dövrünə aid tarixi-mədəni abidələr tədqiq edilir Mangistau bölgəsində Oğuz-Qıpçaq dövrünə aid tarixi-mədəni abidələr tədqiq edilir

Beynəlxalq Türk Akademiyası Mangistau Regional Administrasiyasının dəstəyi ilə “Mangistau tarixi irsi: Oğuz-Qıpçaq dövrünün abidələri” adlı çöl ekspedisiyasına başlayıb.

Ongünlük çöl tədqiqatının məqsədi Mərkəzi Asiya tarixində qədim Böyük İpək Yolunun mühüm qovşaqlarından biri olan Mangistau bölgəsində Oğuz-Qıpçaq dövrünə aid tarixi-mədəni abidələrin tədqiqi və dirçəldilməsidir.

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin rəhbərlik etdiyi elmi ekspedisiyanın tərkibinə Qərbi Qazaxıstan İnnovasiya və Texnologiya Universitetinin müəllimi Murat Kalmenov, Y.Qulyamov adına Arxeoloji Tədqiqatlar İnstitutunun baş elmi işçisi Aisulu İsgəndərova ilə yanaşı, Akademiyanın elmi ekspertləri Nurbolat Bogenbayev və Nurdin Useev də daxildirlər.

Ekspedisiya iştirakçılarının fikrincə, qədim hunlardan qədim türk dövrünə qədər uzanan tarixi bölgə Xəzər xaqanlığının və Xorəzm bölgəsinin tarixi ilə bağlıdır. Oğuz və qıpçaq tayfalarının məskunlaşdığı geniş vadini əhatə edir və zəngin arxeoloji irsə malikdir.

Bu bölgədə 8-13-cü əsrlərə aid minlərlə tarixi və arxeoloji abidələr, o cümlədən qədim qəbiristanlıqlar, kurqanlar, yerli yaşayış məskənləri, şəhər və qalalar, karvan sarayları, yeraltı məscidlər, türbələr, qəbir daşları və dəfn abidələri qorunub saxlanılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media