https://innews.media/uploads/news/2024-04/_innews_5b82cd40d4a1206a6faa8c5b6_o.jpg
"Sabirabad Gənclər evi"nin fəaliyyət istiqamətlərindən biri də kənd bölgələrində təhsil alan gənclərin cəmiyyətə inteqrasiyası prosesində aktiv iştirak etməkdir. Bu məqsədlə "Sabirabad Gənclər evi"nin təşkilatçılığı ilə "Kənd Gənclərinin İnkişaf Proqramı" layihəsinin icrasına başlanıb.
Layihə çərçivəsində növbəti görüş rayonun Qaraağac kəndində keçirilib.
Məktəblilər, gənc müəllimlər və kənd ziyalılarına edilən təqdimatdan öncə Qaraağac kənd tam orta məktəbində şəhidlər üçün hazırlanmış abidə ziyarət olunub və Vətən müharibəsi şəhidi Şahin Hümbətovun övladlarına "Sabirabad Gənclər evi" tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Daha sonra gənclər üçün "Məqsədin əsas prinsipləri" adlı seminar keçirilib. Seminarda karyera xəritəsi, fəaliyyət planının tərtib olunması haqqında məlumat verilib, istək və məqsəd arasındakı fərq müzakirə olunub. "Şəxsi motivasiya" adlı təlimdə isə məktəblilərlə sosial həyatda aktivlik, dinləmə bacarıqlarının formalaşdırılması mövzuları müzakirə edilib.
Məktəblilər arasında "Nə? Harada? Nə zaman?" formatında intellektual yarış zamanı isə qaliblər "Sabirabad Gənclər evi" tərəfindən diplom, kubok və xatirə hədiyyələri ilə təltif olunublar.
Sonda Qaraağac kənd tam orta məktəbinə təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edilib.
"Sabirabad Gənclər evi" tərəfindən keçirilən "Kənd Gənclərinin İnkişaf Proqramı" layihəsinin gənclər arasında böyük bir maraqla qarşılanması və regionlardakı gəncliyin inkişafı baxımından faydalı töhfələr verməsi səbəbi ilə davamlı şəkildə icrası nəzərdə tutulur.
Ən son xəbərləri səhifəmizdən də izləyin