https://innews.media/uploads/news/2024-03/_innews_dbd40d4c1915f90ab08c40dfc_o.jpg
Azərbaycan Texniki Universitetinin (AzTU) Elektrotexnika kafedrasının baş müəllimi Mehti Camalov “Erasmus+ KA171” çərçivəsində Polşanın Rzeszow Texniki Universitetində mübadilədə iştirak edib.
Mehti Camalov Rzeszow Texniki Universitetində Elektrik və kompüter mühəndisliyi fakültəsi və müvafiq kafedraların akademik heyəti ilə görüşüb. O həmçinin laboratoriyalar və burada aparılan tədqiqat işləri ilə tanış olub, elektrik mühəndisliyi ixtisasında təhsil alan tələbələrə mühazirə deyib.
Ən son xəbərləri səhifəmizdən də izləyin