logo
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib.

Bu barədə  Trend-ə istinadən xəbər verir.

Qeyd edək ki, Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvan MSSR-nın Ordubad şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media