https://innews.media/uploads/news/2024-03/_innews_25dd1680a8aea0385362d270f_o.jpg
Dünyanın ən məşhur logistik şirkətlərindən biri olan DHL artıq 20 ildir ki, Formula1 çempionatı ilə əməkdaşlıq edir və çempionatın yüklərini dünyanın bütün nöqtələrinə vaxtında çatdırır.
Dünən tərəflər müqaviləni qeyri-müəyyən müddətə uzatmaq qərarına gəliblər.
Conni Havort, Formula1-in sponsorluq üzrə direktoru:
“Uzun müddətdir davam edən tərəfdaşlıq DHL şirkətini bizim tədbirlərimizin vaxtında baş tutmasının vacib hissəsinə çevrib və biz bu uğurlu tərəfdaşlığı uzun illər davam etdirməkdən məmnunuq”. (F-1.az)