https://innews.media/uploads/news/2024-03/_innews_7d6cabbe061918fc9c5611080_o.jpg
Formula 1 rəhbərliyi 2026-cı ildən İspaniyada iki yarış keçirəcək.
Madrid Qran-prisi həmin tarixdə təqvimə daxil ediləcək.
Mərhələ Valdebebas ərazisindəki şəhər trekində gerçəkləşəcək. Qərarın bu həftə elan olunacağı gözlənilir.
"Formula 1"də Barselonada keçirilən Qran-pri ilə müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub. Bu da ölkəyə eyni anda iki yarışa evsahibliyi etmək imkanı verir. Barselona mərhələsinin İspaniya Qran-prisi adını saxlayacağı da vurğulanıb.
Qeyd edək ki, başa çatan mövsümdə "Red Bull" pilotu Maks Ferstappen çempion olub. (Report İA)
Ən son xəbərləri səhifəmizdən də izləyin