logo
Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi qəbulu keçirildi

Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi qəbulu keçirildi

Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi qəbulu keçirildi Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi qəbulu keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təkliflər dinlənilib.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, yaşadığı evin təmir olunması, məşğulluq eləcə də digər sosial müdafiə məsələləri ilə bağlı olub.

Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin nəzarətə götürüldüyünü, hər bir məsələnin həlli üçün tədbirlər görüləcəyini diqqətə çatdıraraq bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media