logo
"Novruzlu nağıl bağı" adlı musiqili-nağıl tamaşa təqdim edilib

"Novruzlu nağıl bağı" adlı musiqili-nağıl tamaşa təqdim edilib

"Novruzlu nağıl bağı" adlı musiqili-nağıl tamaşa təqdim edilib "Novruzlu nağıl bağı" adlı musiqili-nağıl tamaşa təqdim edilib

11 mart tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı şəhəri 3 nömrəli Uşaq - Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Novruzlu nağıl bağı”  adlı musiqili-nağıl tamaşa təqdim edilib.

Teatrın foyesində uşaq və yeniyetmələrin “Bahar” və “Novruz” ilə bağlı rəsm və el işlərinden ibarət sərgi nümayiş olunub.   

Musiqili-nağıl tamaşada 1 Saylı Uşaq Evi, 1 və 2 nömrəli Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, SOS Uşaq Kəndinin həmçinin Bakı şəhəri üzrə Ümumtəhsil məktəblərinin şagirdləri tamaşaçı qismində iştirak edib.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Kitab Mərkəzi, Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev, Gəncliyə Yardım Fondu, Səssiz ünsiyyet IB  əməkdaşlari və Uşaq yazarlarından Sevinc Nuruqızı ve Solmaz Amanova qonaq qismində iştirak ediblər. Tanaşa boyu uşaqların təqdimatında milli mənəvi dəyərləri özündə ehtiva edən xalqımızın ən gözəl bayramlarından olan Novruz bayramı ilə bağlı bir-birindən maraqlı nağıl kompozisiyalar və rəqslər nümayiş edilib. Tədbirin sonunda Bakı kitab Mərkəzinin rəhbəri Günel Anarqızı və Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin vitse-prezidenti Hacı Quliyev çıxış edərək bütün iştirakçıları, uşaqları qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edib və tədbirlə bağlı öz gözəl fikirlərini bildiriblər. Tədbiri keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələr arasında milli-mənəvi dəyərləri dəyərləndirməklə gələcək nəsilə ötürməkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media