https://innews.media/uploads/news/2024-02/_innews_a0435733a64a8618962297745_o.jpg
Mübariz Mənsimov Türkiyədə televiziya kanalı açır.
innews.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Palmali" şirkətinin sahibi Mənsimov "Ekol Tv" adlı kanalı alıb.
Məlumata görə, texniki işlər başa çatdıqdan sonra təhvil-təslim prosesi həyata keçiriləcək. Televiziya kanalı üçün komandanın formalaşdırılmasına gələn aydan başlayacaq.
Televiziya kanalının aprel ayından fəaliyyətə başlaması planlaşdırılır.