https://innews.media/uploads/news/2024-02/_innews_f451487e04b02e95b1293671d_o.jpg
Həftənin çərşənbə axşamında SOCAR-n “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Balakən rayonunda təşkil olunub. Mahamalar kəndində keçirilən aksiyaya 30-a yaxın sakin qatılsa da, cəmi 2 müraciət ünvanlanıb. Müraciətlərin məğzinə gəlincə, bunlar abonentin öz istəyi ilə qaz təminatının dayandırılması və qaz sayğacının yerinin dəyişdirilməsindən ibarət olub. Hər iki problemlə bağlı Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən lazımi tapşırıqlar verilərək qeydiyyat aparılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin