logo
Cüdoçularımız Avropa Gənclərinin Olimpiya Festivalında iştirak edəcək

Cüdoçularımız Avropa Gənclərinin Olimpiya Festivalında iştirak edəcək

Cüdoçularımız Avropa Gənclərinin Olimpiya Festivalında iştirak edəcək Cüdoçularımız Avropa Gənclərinin Olimpiya Festivalında iştirak edəcək

Slovakiyanın Banska-Bistritsa şəhərində Avropa Gənclərinin XVI Yay Olimpiya Festivalı təşkil olunacaq. Yarışın rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə ayın 30-da keçiriləcək. 26-30 iyul tarixlərində cüdo yarışları baş tutacaq. Festivalda cüdo idman növü üzrə ümumilikdə 42 ölkədən, 300-ə yaxın 13-18 yaş həddində olan yeniyetmə idmançılar iştirak edəcək.

Yarışda Azərbaycan baş məşqçi Elxan Məmmədov və məşqçi Elnur İsmayılovun rəhbərliyi altında 12 idmançı ilə təmsil olunacaq.

Oğlanlar

-55 kq.

Murad Əliyev

-60 kq.

Nurlan Kərimli

-66 kq.

Eltac Yusifli

-73 kq.

Qadir Hüseynov

-81 kq.

İsmayıl Zamanov

-100 kq.

Əjdər Bağırov

+100 kq.

Kənan Nəsibov

Qızlar

-44 kq.

Xumar Qasımzadə

-48 kq.

Könül Əliyeva

-52 kq.

Aydan Vəliyeva

-57 kq.

Fidan Əlizadə

+78 kq.

Nigar Süleymanova

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media