logo
Milli Məclisin sədri beynəlxalq tədbirdə Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə məlumat verib

Milli Məclisin sədri beynəlxalq tədbirdə Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə məlumat verib

Milli Məclisin sədri beynəlxalq tədbirdə Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə məlumat verib Milli Məclisin sədri beynəlxalq tədbirdə Azərbaycanda keçirilmiş prezident seçkiləri barədə məlumat verib

“Bu il fevralın əvvəlində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi və nəticədə İlham Əliyev inamlı qələbə qazandı. Bu seçkinin əsas əhəmiyyəti ondan ibarət idi ki, o, ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildi.”

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini 30 illik erməni işğalından azad edib və ərazi bütövlüyünü bərpa edib. O, qeyd edib ki, ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri torpaqlarımızdakı separatizmi aradan qaldırdı və Azərbaycan bütün əraziləri üzərində öz suverenliyini bərpa etdi.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük investisiyalar hesabına genişmiqyaslı bərpa işləri aparır. Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. 2026-cı ilin sonuna onların sayı 140 minə çatacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media