logo
Assosiasiya sədri ECOSA-nın İdarə Heyətinin sədri ilə görüşüb

Assosiasiya sədri ECOSA-nın İdarə Heyətinin sədri ilə görüşüb

Assosiasiya sədri ECOSA-nın İdarə Heyətinin sədri ilə görüşüb Assosiasiya sədri ECOSA-nın İdarə Heyətinin sədri ilə görüşüb

Bakıda səfərdə olan İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrini özündə birləşdirən ECOSA təşkilatının İdarə Heyətinin sədri Yıldıray Gençer Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva ilə görüşüb.

Görüş Bakıda keçirilən Beynəlxalq Aqro Biznes Forum çərçivəsində baş tutub.

Görüşdə aqrar sahədə mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, ölkələrimiz arasında aqrar sahədə görüləcək layihələr və bu istiqamətdə addımların atılması barədə müzakirələr aparılıb.

Qeyd edək ki, ECOSA 2009-cu ildə toxum ticarətini inkişaf etdirmək məqsədilə yaradılıb. Hazırda təşkilata Azərbaycanla yanaşı, Türkiyə, İran, Qırğızıstan, Qazaxıstan,Əfqanıstan, Türkmənistan, Tacikistan və Özbəkistan ölkələri üzvdürlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media