https://innews.media/uploads/news/2024-02/_innews_8423719796145c49b2d3065f8_o.jpg
18 fevral 2024-cü il tarixində Azərbaycan Milli Olimpiya Komitəsinin, Milli Antidopinq Agentliyinin, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-nin, Azərbaycan Autizm Assosiasiyası, Reform Fitnes Mərkəzinin, Eco Product şirkətinin dəstəyi və INBA Qlobal Avrasiya, lNBA Qlobal Azərbaycan və GFHC Fitnes Akademiyasının təşkilatçılığı, həmçinin “Inclusıve Organızatıon Team”-in sosial tərəfdaşlığı ilə yalnız xanımlar üçün “Qadın sağlamlığında Fitnesin əhəmiyyəti” adlı seminar keçirilib
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, seminarda şəhid ailələrinin gənc xanım üzvləri, irsi qan xəstəliyindən əziyyət çəkən, Autizimli və Daun sindiromlu uşaqların valideyinlərinində iştirakı nəzərdə tutulub. Seminarın keçirilməsində başlıca səbəb insanların asudə vaxtlarının idmana cəlb olunmasına dəstək olmaqdır.
Seminarın təlimçisi INBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin prezidenti, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq dərəcəli məşqçi, beynəlxalq dərəcəli hakim, qidalanma və qida əlavələri üzrə mütəxəssis Elnur Şıxəliyevdir.
Seminarda qadın sağlamlığının mövcud vəziyyəti, hormonlar və çəki nəzarəti, kardiorespirator təlimlər, müqavimət və elastiklik təlimləri, həmçinin qidalanma təlimatları adlı mövzulardan bəhs olunub.

.jpeg)
.jpeg)

.jpeg)




Ən son xəbərləri səhifəmizdən də izləyin