https://innews.media/uploads/news/2024-02/_innews_a89182d1d1d1b56e8097f382d_o.jpg
Qobustan Milli Tarix-Bədii Qoruğunda elmi-tədqiqat işləri davam edir.
Aparılan son tədqiqatlar zamanı Böyükdaş dağının Yuxarı səki sahəsində yeni sığınacaq aşkar edilib. Qoruq rəhbərliyi sığınacağa baxış keçirib. Qoruğun aparıcı elmi işçisi Turan Yunus sığınacaq və qayaüstü təsvirlər barədə məlumat verib. Bildirib ki, ikikameralı sığınacaqda aşkar olunmuş təsvirli qayanın 3 D modeli hazırlanıb. Nəticədə atlı və müxtəlif zoomorf təsvirlər müəyyən olunaraq ilk dəfə qeydiyyata alınıb. Çəkilmə üslübüna və texnikasına görə təsvirlər müxtəlif tarixi dövrlərə aid edilir.
Qoruqda elmi-tədqiqat və kəşfiyyat işləri davamlı və ardıcıl xarakter daşıyır. Qeyd edək ki, bundan öncəki tədqiqatlar zamanı da çoxsaylı qayaüstü təsvirlər aşkar olunaraq ilk dəfə qeydiyyata alınmışdır.
Ən son xəbərləri səhifəmizdən də izləyin