https://innews.media/uploads/news/2024-02/_innews_33cf9d7e7a7e3f64ca20f62c9_o.jpg
SOCAR-ın “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Lənkəran şəhərində təşkil olunub. 21 evdən ibarət olan Aşağı Apu kəndinin 110 sakini adından isə cəmi 6 sakin çıxış edib. Mikrofon önünə çıxanların yeganə istəyi adıçəkilən kəndin mavi yanacaqla təmin edilməsi olub. Lənkəran RQİİ-nin rəisi kənd camaatının müraciətinə cavab olaraq bildirib ki, SOCAR-ın “Azəriqaz” İB-nin ölkə ərazisində apardığı qazlaşma işləri plana uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Aksiyada ünvanlanan eyniyönümlü 6 müraciətin hər biri qeydiyyata alınıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin