https://innews.media/uploads/news/2024-02/_innews_fdd8605f932e4d79926a13173_o.jpg
“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Masallı rayonunda görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Mərkəzində baş tutacaq. “Səyyar qəbul otağı” fevralın 14-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin