logo
Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə bu ayın pensiyaları yeni artımlarla ödənildi

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə bu ayın pensiyaları yeni artımlarla ödənildi

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə bu ayın pensiyaları yeni artımlarla ödənildi Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə bu ayın pensiyaları yeni artımlarla ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə fevral ayının pensiya  ödənişini həyata keçirib.

Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib.

Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödənilib.

Gələn həftə ərzində ölkəmizin digər bölgələri üzrə fevral ayının pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya təyin olunmuş şəxslərin bu ay üzrə pensiyaları da artırılmış məbləğlə və yanvar ayının artımı da həmin məbləğə əlavə olunmaqla  ödəniləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media