logo
"Səyyar qəbul otağı" bu dəfə Hacıqəhrəmanlı qəsəbə sahibkarları üçün təşkil olundu

"Səyyar qəbul otağı" bu dəfə Hacıqəhrəmanlı qəsəbə sahibkarları üçün təşkil olundu

"Səyyar qəbul otağı" bu dəfə Hacıqəhrəmanlı qəsəbə sahibkarları üçün təşkil olundu "Səyyar qəbul otağı" bu dəfə Hacıqəhrəmanlı qəsəbə sahibkarları üçün təşkil olundu

SOCAR-ın "Azəriqaz" İB-nin sahibkarlarla bu həftəlik görüşü Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində baş tutub. Aksiyanı giriş sözü ilə açıq elan edən Salyan RQİİ-nin baş mühəndisi sahibkarların qaz təchizatında üzləşdiyi problemləri dinləməyə hazır olduqlarını və Birliyin səlahiyyətləri çərçivəsində həllinə nail olunacağını bildirib. Daha sonra KOBİA-nın nümayəndəsi çıxış edərək sahibkarlara hər zaman dəstəyin göstəriləcəyini vurğulayıb. Mikrofon önünə keçən sahibkarların müraciətləri eyniyönümlü - debitor borcun hissə-hissə ödənilməsində tətbiq edilən güzəştlərin bu il də davam etdirilməsi olub. "Açıq mikrofon"da səslənən problem və təkliflər aidiyyəti üzrə yönləndirilməsi üçün qeydiyyata alınıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media