https://innews.media/uploads/news/2024-02/_innews_e70357602a4ef48c955607031_o.jpg
SOCAR-ın “Azəriqaz” İB-nin növbəti “Açıq mikrofon” aksiyası Sabirabad rayonunda keçirilib. Qaraağac kəndində təşkil olunan “Səyyar qəbul otağı”nda cəmi 6 sakin qaz təchizatında üzləşdiyi problemi ünvanlayıb. İlqar Bağırov, Nurlan Zalov və Gülzaman Xudiyeva fərdi yaşayış evlərinin qazlaşdırılmasında tələb edilən mülkiyyət sənədinin olmamasını bildiriblər. Digər müraciətlər isə debitor borcun hissə-hissə ödənilməsinə köməkliyin göstərilməsi ilə yanaşı, sayğaca müdaxilə halının araşdırılması ilə bağlı olub. Salyan RQİİ-nin rəhbər şəxsləri ünvanlanan müraciətlərin qeydiyyatını aparıblar.
Ən son xəbərləri səhifəmizdən də izləyin