logo
Kənd təsərrüfatı naziri İnam Kərimovun vətəndaş qəbulunun tarixi dəyişdirilib

Kənd təsərrüfatı naziri İnam Kərimovun vətəndaş qəbulunun tarixi dəyişdirilib

Kənd təsərrüfatı naziri İnam Kərimovun vətəndaş qəbulunun tarixi dəyişdirilib Kənd təsərrüfatı naziri İnam Kərimovun vətəndaş qəbulunun tarixi dəyişdirilib

Nazir iyulun 23-də Tərtər rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov tərəfindən 19 iyul 2022-ci il tarixində Tərtər rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib.

Nazir iyulun 23-də, saat 09:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-3526501) və Bərdə Dövlət Aqrar Aqrar İnkişaf Mərkəzinə (050-3179360) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media