https://innews.media/uploads/news/2024-02/_innews_8e5a2f5565e1f4dee24c3b00d_o.jpg
“Bu il fevralın 7-si müstəqil Azərbaycan Respublikası üçün həm tarixi, həm də olduqca əhəmiyyətli günlərdən biridir”. Bunu secki-2024.az saytına açıqlamasında gənc seçici Xavər Əlizadə deyib. O xatırladıb ki, məhz fevralın 7-də keçiriləcək prezident seçkiləri ilk dəfə bütün ölkə ərazisində baş tutacaq: “İkinci Qarabağ müharibəsi nəticəsində uzun illər işğal altında saxlanılan Azərbaycan torpaqları azad edildi, daha sonra antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi suverenliyi tam bərpa olundu. Biz gənclər olaraq bu tarixi hadisələrə şahidlik etmişik”.
X.Əlizadə söyləyib ki, bu gün Azərbaycan xalqı və xüsusilə gənclər arasında yüksək seçki ab-havası müşahidə olunur. Onun sözlərinə görə, bunun əsas səbəbi prezident seçkilərinin ilk dəfə olaraq Xankəndində, Şuşada - bir sözlə Azərbaycanın bütün ərazisində keçirilməsidir: “Hazırda bir çox gənc seçki ilə bağlı ümumu maarifləndirmə işinin aparılmasında könüllü kimi çalışırlar. Eyni zamanda tam əminliklə deyə bilərəm ki, səsvermə hüququ olan Azərbaycan gəncləri 7 fevralda yüksək fəallıqla seçici kimi iştirak edəcəklər. Bir gənc olaraq bu tarixi hadisəyə şahidlik etmək olduqca qürurvericidir. Hər il olduğu kimi bu il də seçkilərin demokratik və şəfaf keçəcəyinə inanıram. Əminəm ki, qalib xalq layiqli namizədinə səs verəcək. Biz Azərbaycan gəncləri də bu taleyüklü məsələdə layiqli namizədə öz səsimizi verəcəyik”.
Ən son xəbərləri səhifəmizdən də izləyin