https://innews.media/uploads/news/2024-02/_innews_5bf385b08a173a5cdcb6f356a_o.jpg
“Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi və Su İdman Sarayını təmsil edən bədii gimnastların iştirakı ilə Milli Gimnastika Arenasında təlim-məşq toplanışı keçirilib.
innews.media xəbər verir ki, Milli Gimnastika Arenasında fevralın 3-dək davam edəcək hazırlıqda əsas məqsəd gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.
Bədii gimnastika üzrə məşqçi Nəzrin Cəfərzadə təlim-məşq toplanışında 2009-2016-cı il təvəllüdlü 70 gimnastın iştirak etdiyini bildirib: “Məşqlərdə gimnastlar ümumi və xüsusi fiziki hazırlıq və alətin texniki hazırlığı istiqaməti üzərində işləyirlər. Bununla yanaşı, idmançılar burada xoreoqrafiya dərsləri də keçirlər”.
Xoreqraf Məlik Həsənov isə 7 gün davam edəcək məşqlərin məqsədini açıqlayaraq deyib ki, müxtəlif klublarda çıxış edən gimnastların millidəki hazırlıq səviyyəsini mənimsəməkdir: “Hazırda gimnastların əl və ayaq hərəkətlərinin gücləndirilməsi üçün müxtəlif dərslər keçiririk. Onlarla əsasən elementlərin üzərində işləyirik”.
Ən son xəbərləri səhifəmizdən də izləyin