https://innews.media/uploads/news/2024-01/_innews_76acfe6b170e1be68a9ec3e22_o.jpg
Əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş atletika üzrə Bakı beynəlxalq qış yarışı keçiriləcək.
Turnir fevralın 2-3-də Respublika Olimpiya Mərkəzində təşkil olunacaq.
Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Saxa Respublikasından (Yakutiya) atletlər güclərini sınayacaqlar.
Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Ən son xəbərləri səhifəmizdən də izləyin