logo
"Azərbaycanın AŞ PA-dakı iştirakının dayandırılmasını, AŞ PA-ın siyasi riyakarlığına cavab olaraq düzgün hesab edirik" - Açıqlama

"Azərbaycanın AŞ PA-dakı iştirakının dayandırılmasını, AŞ PA-ın siyasi riyakarlığına cavab olaraq düzgün hesab edirik" - Açıqlama

"Azərbaycanın AŞ PA-dakı iştirakının dayandırılmasını, AŞ PA-ın siyasi riyakarlığına cavab olaraq düzgün hesab edirik" - Açıqlama "Azərbaycanın AŞ PA-dakı iştirakının dayandırılmasını, AŞ PA-ın siyasi riyakarlığına cavab olaraq düzgün hesab edirik" - Açıqlama

Son günlər AŞ PA - nın Azərbaycana qarşı yürüdülən qərəzli  və ikili standart kontekstindəki münasibət cəmiyyətdə hiddətlə qarşılanmaqdadır. Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, Milli Qəhrəman Əsəd Əhmədovun bacısı Afidə Əhmədova da məsələylə bağlı vətəndaş mövqeyində bunları bildirib:

"20 ildir ki, Ali Baş Komandanımız Cənab İLHAM ƏLİYEVİN bu günədək qəbul etdiyi siyasi, iqtisadi, sosial və hərbi qərarların müsbət nəticələrini Azərbaycan müəllimi, Qərbi

Azərbaycan İcması Qadınlar Şurasının üzvü, AZ, Milli Qəhrəman Şəhidlər bacısı kimi, şahidiyəm.

Azərbaycanın AŞPA-dakı iştirakının dayandırılması, AŞPA - ın siyasi riyakarlığına cavab olaraq düzgün hesab edirik.

Qalib Vətənin, Qalib Liderini gözləri götürə bilməz!

Çünki biz HUMANİST, mərhəmətli, düşməni belə, duz-çörəklə qarşılamağı bacaran, Milli dəyərləri, Mənəviyyatı yüksək olan bir Xalqıq!....

Bütün canlılar ağrını eyni cür hiss edir. AŞPA-nin isə ikili , qərəzli yanaşma tərzi, insani hisslərdən məhrumdur.

AŞPA - animalistik janra, təbiət hadisələrinə faunaya diqqətlə baxsınlar. Bir canlı maralın yanında, başqa birini kəsməzlər çünki kəsilənin ağrısını hiss edib, gözlərindən yaş süzülür....

AŞPA - XOCALI SOYQIRIMINA - kor qaldı...həm də 30 il...

Hüseyn Cavidin "Ananın qatili" əsərində, Ana öz oğlunun qatilini arxasında gizlədir.

Çünki, ananın üstünə qaçaraq imdad diləyən bir düşmanı, ancaq Türk kökənli Azərbaycan Xanımı, İslam dininin, Qurani Kərimin Böyüklüyü fəlsəfəsi xatirinə qoruyur.

Mən 1984-cü ildən bəri, ermənilərin başımıza gətirdiyi vəhşilikləri, öz dədə - baba yurdumuzda haqqımızın tapdandığına cavab istəyirəm- AŞPA nümayəndəliyi! Niyə nə idi günahı bir günlük körpəmin, ermənilər saçını yolub döydülər.?

Niyə bizim yeməyimizin içinə, öz murdarlıqlarını, milçəkləri öldürüb yığan, yedirən erməniləri görməkdə, korsan, eşitməkdən karsan, danışmaqda lalsan?

Niyə mən, öz dədə-baba yurdumda, hüquqları tapdanmış yaşamalıydım?

Niyə mənə nəqliyyatda Türk sən deyib ayaq üstə dur deyilirdi, ermənilər isə oturmalı idi?

Niyə erməni öz qadınını qumarda uduzub, azərbaycanlılar yaşayan, kəndlərin qarşısındakı dərədə yandırmalı idi?

Niyə biz, talan, viran, güllə boran olmalı idik?

Müharibənin öz qanunları var. Biz Bakıda minlərlə ermənilərlə , 30 ildən çoxdur bərabər yaşayır, işləyir, xeyir şər işlərdə xoş HUMANİST münasibət bəsləyirik.

21-ci əsrdir, sürət əsri. 1918 - 2018 , yüz illik müqavilə  bitdiyi bir zamanda İrəvanımızı erməniləşdirdiniz.

Müqavilə müddəti bitdikdə qanunlar hansı ölçünü götürür? Qonşunuz sizi evinizdən çixardıb özü yerləşir?

Niyə 30 ildə ermənilər daşı-daş üstə qoyub, torpağı sevindirmədilər, sinəsini cadar-cadar etdilər?

Məscidlərimizdə inək, donuz saxladılar. Bu qədər kar, kor, lalsınız?

Haqq işimiz olan 44 günlük və 23 saat 45 dəqiqəlik QƏLƏBƏMİZ kimi, AŞPA-nın da kar qulağının, kor gözünün, lal dilinin açılacağına inanırıq.

Tarixi torpaqlarımız olan dədə-baba yurdumuza qayıdış BİZİM HAQQIMIZDIR!"

Afidə Cəlal qızı Əhmədova.

Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədovun bacısı,

Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin