https://innews.media/uploads/news/2024-01/_innews_0f79eee078b13f7ec80660ac4_o.jpg
Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Tovuz rayonunda fəaliyyət göstərən sahibkarların ixtiyarında olub.
Düz Qırıqlı kəndində baş tutan “Səyyar qəbul otağı”nda ümumilikdə 4 müraciət ünvanlanıb. Bunlardan da 1-i istixanaya gedən qaz xəttindən digər istixana üçün quraşdırılan qaz sayğacının ayrılmasından ibarət olub. 2 müraciətdə isə debitor borcun ödənilməsində növbəti ayın sonunadək möhlət istənilib.
Şəmkir RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin