logo
Dünya Kubokunda iştirak edəcək ilk Azərbaycan atıcıları bəlli olub

Dünya Kubokunda iştirak edəcək ilk Azərbaycan atıcıları bəlli olub

Dünya Kubokunda iştirak edəcək ilk Azərbaycan atıcıları bəlli olub Dünya Kubokunda iştirak edəcək ilk Azərbaycan atıcıları bəlli olub

Atletlərimiz Nigar Nəsirova və Ruslan Lunyov ölkəmizi Misirin paytaxtı Qahirə şəhərində bu gün başlayacaq Atıcılıq üzrə Dünya Kubokunda təmsil edəcəklər.

Ruslan Lunyov kişilər arasında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma, Nigar Nəsirova isə qadınlar arasında 10 m məsafədən pnevmatik tapança ilə atəş açma, 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında, eyni zamanda Nigar Nəsirova və Ruslan Lunyov 10 m pnevmatik tapança qarışıq komanda yarışlarında iştirak edəcəklər. Qeyd edək ki, Dünya Kubokuna fevralın 1-də yekun vurulacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media