https://innews.media/uploads/news/2024-01/_innews_900624126b2f0df86bfb01861_o.jpg
“Azəriqaz” İB ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Tovuz rayonunda görüşü təşkil olunacaq. Aksiya rayonun Düz Qırıqlı kəndində İcra nümayəndəliyinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” yanvarın 26-da saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək
Ən son xəbərləri səhifəmizdən də izləyin