https://innews.media/uploads/news/2024-01/_innews_b0490e8e9a9bb79bfe8c37932_o.jpg
Qarabağın memarlıq abidəsi olan ilk dəmiryol körpüsü və dəmir yolu vağzalı qorunub saxlanılır.
Bu barədə AzTV-nin hazırladığı reportajda məlumat verilib.
Bildirilib ki, Yevlax-Tərtər-Ağdam dəmir yolu xəttinin Tərtər rayonundan keçən hissəsində, Tərtər çayı üzərində unikal mühəndislik və memarlıq nümunəsi olan körpünün və dəmir yolunun tikintisi 1916-cı ildə yekunlaşıb.
Reportajda Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin sözügedən dəmir yolunun inşası üçün Rus çarına müraciəti, dəmir yolunun tikintisi və onun sonrakı aqibəti barədə xəbər verilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin